Logo BuddyPark

Qaydalar və Şərtlər


Son yenilənmə tarixi: 01 Sentyabr 2025

🐾 Sözümüz

BuddyPark olaraq məqsədimiz yalnız xidmət göstərmək deyil — dostlarımızı xoşbəxt etmək, sahibləri rahatlaşdırmaq və birlikdə heyvansevər bir icma yaratmaqdır. Qaydalarımız həm təhlükəsizliyi təmin etmək, həm də hamının xoş təcrübə yaşaması üçün nəzərdə tutulub.


1. 🤝 İcma və Etibar

Walker-lərimiz diqqətlə seçilir və yalnız etibarlı şəxslər platformada fəaliyyət göstərə bilir. Hər sifarişdən sonra rəy sistemi ilə birlikdə sevgi və etibar üzərində qurulmuş bir ailə yaradırıq.

  • Profil yoxlaması və təlimlər
  • Sahiblərin dürüst məlumat verməsi (it haqqında: sağlamlıq, davranış və s.)
  • Walker və Sahib qarşılıqlı hörmət prinsipi ilə işləyir

2. 🐕 Dostlarımızın Rifahı

Bizim üçün ən vacibi heyvanların xoşbəxtliyi və təhlükəsizliyidir. Gəzinti zamanı sadəcə gəzmək yox, həm də oynamaq, sosiallaşmaq və təmiz hava ilə dostlarımızın ruh halını yaxşılaşdırmaq əsasdır.

Qeyd: Walker-lər marşrutları tətbiqdən izlənir, hər şey şəffafdır.


3. 💳 Ödənişlər və Şəffaflıq

Ödənişlər tamamilə təhlükəsiz şəkildə aparılır. Bu həm sahibləri, həm də walker-ləri qoruyur.

  • Sifariş zamanı 3 ödəniş növü ilə ödənişləri həyata keçirə bilərsiniz. Nağd , kartla və ya buddybank balansı ilə
  • Xidmət başa çatdıqdan sonra yekun məbləğ tutulur
  • Ləğv hallarında pul avtomatik geri qaytarılır

4. ❤️ Xeyriyyə və Küçə Dostlarımız

BuddyPark yalnız ev heyvanlarına deyil, küçə heyvanlarına da dəstək olur.

  • “Bir kasa da mən” opsiyası ilə sifariş zamanı qida ianəsi
  • VetCare Fondu — xəstə və yaralı heyvanlara yardım
  • TNR (Tut–Kisir–Qaytar) kampaniyaları
💡 Maraqlı fakt: Hər sifarişin kiçik bir hissəsi xeyriyyə proqramlarına yönləndirilir.

5. 📜 Hüquqi Məqamlar (Sadə dillə)

Biz bir körpü rolunu oynayırıq — xidmətin icraçısı walker-dir. Biz isə texnologiya, təhlükəsizlik və ödənişləri təmin edirik.

Əlavə detalları aşağıdakı bölmələrdə tapa bilərsiniz:

  • Məsuliyyət məhdudiyyətləri (qanuni tələbdir)
  • Əqli mülkiyyət (loqo, məzmun qorunur)
  • Mübahisələrin həlli — ilk öncə dəstək, sonra mediasiya

6. 🌟 Bizimlə Birlikdə Ol!

BuddyPark sadəcə bir tətbiq deyil — birlikdə böyüdüyümüz heyvansevər ailədir. Hər sifariş, hər ianə, hər paylaşım bir dostumuzun xoşbəxtliyinə töhfə verir.

Platformadan istifadə etməklə həm xidmət alır, həm də xeyirxah bir hərəkatın üzvü olursunuz.